“Neftçi” – faydasız zərbələr, qayda pozuntuları və ofsayd
09.08.2012 - 09:18
“Neftçi” – faydasız zərbələr, qayda pozuntuları və ofsayd
Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Neftçi” - “Hapoel” oyunu qapıya zərbələrin çoxluğu ilə seçilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və İsrail çempionlarının oyununda 2:2 hesabı ilə qeydə alınsa da, bakılılar Kiryat-Şmona təmsilçisindən daha fəal olublar.

“Neftçi” qapı istiqamətində rəqibdən 3 dəfədən də çox – 23 zərbə endirib. Lakin bu zərbələrin çoxu faydasız olub. “Ağ-qaralar” 90 dəqiqə ərzində rəqibindən daha çox 4 dəfə oyundankənar vəziyyətə düşüblər.

Neftçi Hapoel
2Qollar2
7Qapıya zərbələr6
16Qeyri-dəqiq zərbələr1
23Zərbələr7
6Künc zərbələri5
4Oyundankənar vəziyyət3
11Qayda pozuntuları4
2Sarı vərəqələr1
0Qırmızı vərəqələr0