Talisman da “Neftçi”yə kömək edə bilmədi
09.08.2012 - 09:45
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dalğa Arena"da keçirilən "Neftçi" - "Hapoel" arasında oyunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin də təbliğatı aparılıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının Yerli Təşkilat Komitəsinin təşkil etdiyi təbliğat aksiyasında oyunu izləmək üçün stadiona daxil olan azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli, U-17 milli yığmamızın qızları haqqında informasiya və s. broşurlar paylanıb. Qarşılaşmanın əvvəlində oyunçular stadiona DÇ-nin rəsmi talismanı Top Top Qızla birlikdə çıxıblar. Oyun müddətində azarkeşlər arasında gəzən, fasilə zamanı isə stadionda rəqs edən, izləyiciləri salamlayan Top Top Qız hər kəsi çempionat zamanı da komandaları dəstəkləməyə dəvət edib. Oyundan əvvəl və fasilə zamanı stadionun diktoru "Neftçi" - "Hapoel" qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib. Təbliğat işinin həyata keçirilməsində YTK nümayəndələri çempionatın təşkili və təbliği üçün cəlb olunmuş könüllülərlə müştərək şəkildə işləyiblər.
Qeyd edək, 2:2 hesabı ilə bitən matçdan sonra “Neftçi” qitənin ən nüfuzlu klub turnirində mübarizənə dayandırıb. Təmsilçimiz ilk oyundakı biabırçı məğlubiyyətin (0:4) əvəzini çıxa bilməyib.
Mənbə: affa.az
Qeyd edək, 2:2 hesabı ilə bitən matçdan sonra “Neftçi” qitənin ən nüfuzlu klub turnirində mübarizənə dayandırıb. Təmsilçimiz ilk oyundakı biabırçı məğlubiyyətin (0:4) əvəzini çıxa bilməyib.
Mənbə: affa.az
0
0