Premyer Liqa: FİFA hakimlərinə fərqli təyinat
09.08.2012 - 10:27
Premyer Liqa: FİFA hakimlərinə fərqli təyinat
Azərbaycan Premyer Liqasında II turun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA hakimlərindən yalnız Vüsal Əliyev bu turda meydana çıxacaq.

O, Qəbələdəki matçı idarə edəcək. “Qəbələ” – “İnter” görüşünün referisindən fərqli, digər FİFA hakimi Anar Salmanov turu ehtiyat hakim kimi keçirəcək. Fariz Yusifov isə bu dəfə təyinat almayıb.

10 avqust (cümə)

19:00. "Bakı" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

19:00. "Qəbələ" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ şəhər stadionu

19:30. "Xəzər Lənkəran" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu

11 avqust (şənbə)

18:00. AZAL - "Rəvan"
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
“AZAL Arena” stadionu

18:00. "Turan" - "Sumqayıt"
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz şəhər stadionu

20:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov
“Dalğa Arena” stadionu

Mənbə: pfl.az