Barışmaz rəqibi “Xəzər Lənkəran”a çatdı, Azərbaycan irəlilədi
09.08.2012 - 10:49
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan hesabına daha 0,125 xal yazıb. Bu, “Neftçi”nin İsrail çempionu “Hapoel” (Kiryat-Şmona) ilə heç-heçə etməsi sayəsində mümkün olub – 2:2. Bununla, cari mövsüm qazanılan xallarımızın sayı 1,875-ə çatıb.
Bunun ən böyük hissəsi – 0,750-si “İnter”ın payına düşür. Azərbaycana yarım xal bəxş edən “Xəzər Lənkəran”a çatan “Neftçi” də 0,500 qazanıb. “Bakı” isə cəmi 0,125 xal qazanıb.
“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən 7,416 xal yığmağımıza imkan verib. Bunun da sayəsində Azərbaycan İrlandiyanı arxada qoyaraq 35-ci pilləyə yüksəlib. Bir pillə irəliləyiş daha artıq ola bilərdi.
Belə ki, 34-cü olan Moldova ilə 0,125 xallıq fərqi aradan qaldırma üçün “Neftçi”nin qələbəsi yetərli idi. Lakin bu baş vermədi.
UEFA reytinqinin 4-cü onluğu

| yer | Ölkə | reytinq | Qalıb/klub |
|---|---|---|---|
| 31 | Gürcüstan | 8,916 | 1/4 |
| 32 | Finlandiya | 8,408 | 2/5 |
| 33 | Bosniya-Herseqovina | 7,833 | 1/4 |
| 34 | Moldova | 7,541 | 1/4 |
| 35 | Azərbaycan | 7,416 | 1/4 |
| 36 | İrlandiya | 7,375 | 1/4 |
| 37 | Litva | 6,500 | 1/4 |
| 38 | Qazaxıstan | 5,958 | 1/4 |
| 39 | Latviya | 5,791 | 0/4 |
| 40 | İslandiya | 5,416 | 0/4 |
0
0