Berti Foqtsla görüşün vaxtı dəqiqləşdi
09.08.2012 - 11:35
Berti Foqtsla görüşün vaxtı dəqiqləşdi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis avqustun 14-də saat 17:00-da Sheraton Baku Airport Hotel-də jurnalistlər qarşısına çıxacaq. Həmin gün millimiz saat 18:15-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün məşqə çıxacaq.

Qeyd edək ki, millimiz avqustun 15-də saat 18:00-da Bəhreyn yığması ilə yoldaşlıq görüşünü orada keçirəcək.

Mənbə: affa.az