Millimizin məşqçilər korpusu parçalandı
09.08.2012 - 11:40
Millimizin məşqçilər korpusu parçalandı
Azərbaycan milli komandasının məşqçilər korpusu Premyer Liqanın II turu çərçivəsində sabah keçiriləcək oyunları izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts "Xəzər Lənkəran" - "Kəpəz" matçını izləmək üçün Lənkərana yollanacaq.

Onun köməkçiləri – həmyerlisi Olaf Yansenlə Nazim Süleymanov sabah Qəbələdə olacaqlar. Onlar “Qəbələ” – “İnter” matçını birgə izləyəcəklər. Millinin qapıçılar üzrə almaniyalı məşqçisi Ulrix Ştayn isə "Bakı" - "Simurq" oyununun keçirildiyi stadionda olacaq.

Mənbə: affa.az