Çempionlar Liqası: Vobay “Top-11”də
09.08.2012 - 12:07
Çempionlar Liqası: Vobay “Top-11”də
Çempionlar Liqasının ilk 3 təsnifat mərhələsinin bombardirlərinin siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, turnirdə 3-cü qolunu vuran “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay mövqeyini yaxşılaşdırıb.

Belə ki, yalnız 3 futbolçudan geri qalan syerra-leoneli legioner 4-cü yerin şərikləri sırasındadır. Lakin eyni sayda qol vuranların əksəriyyəti ilə müqayisədə meydanda daha çox dəqiqə keçirdiyindən Vobay 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 13 futbolçu 3 və daha çox qola imza atıb.

YerfutbolçuklubqolOynadığı dəqiqə
1Aurelien Yoahim “Düdelanj” (Lüksemburq)7509
2Mihael Mifsud “Valletta” (Malta)6360
3Tomas Syorum “Helsingborq” (İsveç)4262
4Conatan “Valletta” (Malta)3161
5Jak Zoua “Bazel” (İsveçrə)3187
6Yuho Myakelya HİK (Finlandiya)3240
7Ante Rukavina “Dinamo” (Xorvatiya)3257
8Dejan Mezqa “Maribor” (Sloveniya)3303
9Nemanya Tomiç “Partizan” (Serbiya)3328
10Robert Beriç “Maribor” (Sloveniya)3343
11Julius Vobay “Neftçi” (Azərbaycan)3345
12Sofian Benzouyen “Düdelanl (Lüksemburq)3348
13Markos Tavares“Maribor” (Sloveniya)3360