“Hapoel” qol vurduqdan sonra hər şey alt-üst oldu”
09.08.2012 - 14:24
“Oyuna istədiyimiz kimi başladıq. Matçın əvvəllərində qol epizodları da yaratdıq. 4-5 belə imkanı boşa versək də, fasiləyə qədər yalnız bir vəziyyətdən istifadə edə bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.
Yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin İsrail təmsilçisi “Hapoel” (Kiryat-Şmona) ilə cavab oyunu haqda fikirlərini açıqlayıb. Onun sözlərinə görə, buraxılan kobud səhv qələbənin əldən getməsinə səbəb olub: “İrəli atıldığımız bir vaxtda kobud səhvə yol verdik və qapımızdan top buraxdıq. Halbuki, hesab açılana qədər də fərqlənmək imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. “Hapoel” qol vurduqdan sonra hər şey alt-üst oldu. Bu, bizi ruhdan salmadı. Mübarizə apardıq, yenidən hesabı xeyrimizə dəyişdik. Lakin son dəqiqələrdə yenidən qapımızda qol gördük”.
Səfərdəki 0:4 hesablı biabırçılıqdan sonra öz meydanında 2:2 hesabı ilə kifayətlənən “ağ-qaralar”ın kapitanı Avropa Liqasının IV təsnifat mərhələsi haqda da danışıb: “Bilirik ki, pley-off mərhələsindəki rəqibimiz daha güclü olacaq. İstənilən halda, mübarizə aparmalıyıq”.

0
0