“Bakı”nın uduzduğu komandadan növbəti macəra
09.08.2012 - 18:05
“Bakı”nın uduzduğu komandadan növbəti macəra
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi “Bakı”nı mübarizədən kənarlaşdıran Sloveniya “Mura”sı bu dəfə də öz macəraları ilə fərqlənib.

Belə ki, Ukraynanın “Arsenal” klubunu Maribor şəhərində qəbul etməli olan Murska-Sobota təmsilçisinin futbolçuları oyuna qəribə üsulla gediblər. 55 km-lik yolu qət edərkən klubun avtobusu xarab olub. Futbolçular da 2-3 nəfərlik qruplara bölünərək, taksilərə doluşublar. “Mura” futbolçuları qarşılaşmaya elə taksi ilə gediblər.

Stadionu standartlara cavab vermədiyindən oyunlarını başqa meydanlarda keçirən sloveniyalılar “Bakı” ilə qarşılaşmada forma problemi ilə üzləşib, “Lokomotiv”in (Biləcəri) geyimi ilə oynamışdılar.