“Davay do svidaniya” Rusiya çempionatında
09.08.2012 - 19:13
“Davay do svidaniya” Rusiya çempionatında
Artıq bir azarkeş qrupu rəqibə və onun azarkeşlərinə yerini göstərmək üçün bu şüardan və plakatdan istifadə edir: "Davay do svidaniya". Azərbaycanlı meyxanaçıların məşhurlaşdırdığı bu söz birləşməsi artıq azarkeşlərin əsas silahıdır.

Apasport.az saytının xəbərinə görə, "Neftçi" azarkeşlərinin "Zestafoni" ilə matçda səsləndirdiyi sözlərdən bu dəfə Rusiya birinci divizionunda istifadə olunub. Belə ki, "Torpedo" (Moskva) - "Şinnik" matçında ikincilər bu məşhur kəlmələrə müraciət ediblər.

Lakin maraqlı məqam ondan ibarətdi ki, bu plakatı əllərində bayraq edən azarkeşlərin komandası məhz bu görüşdə məşğub olub.