“Neftçi” son 10 ildə - ARAŞDIRMA
09.08.2012 - 23:10
“Hazırkı “Neftçi” son 10 ilin ən güclü komandasıdı”. Bu sözlər “Neftçi”nin məşqçisi Tərlan Əhmədova məxsusdur. Çempionlar Liqasının III təsnifat mərhələsində “möhtəşəm” oyunlardan sonra 41 yaşlı çalışdırıcı ümumi hesabdakı 2:6-lıq məğlubiyyətə don geyindirdi.
Apasport.az saytının əməkdaşı Əhmədovun fikirlərinin arxasınca düşüb, bununla bağlı kiçicik araşdırma aparıb. Bir az uzağa gedib xatırladaq ki, yekun nəticə onu göstərir ki, indiki “Neftçi”ni əvvəlki ilə müqayisə etmək çox gülüncdü. Faktsa ondan ibarətdir ki, “ağ-qaralar” son 10 ildə ən ZƏİF dövrünü yaşayır... Təkcə komandanın faktiki olaraq baş məşqçisiz qalması da bunun ən böyük sübutudur.
Son 10 ildə Kazbek Tuayev, Ağasəlim Mircavadov, Qurban Qurbanov, Anatoli Demyanenko kimi mütəxəssislərlə irəliləyən “Neftçi” indi Əhmədovun ümidinə qalıb. Bu da başadüşüləndi. Həmin vaxtlar baş məşqçini də, transferləri də vitse-prezident Ramin Musayev seçirdi. Həmin vitse-prezident ki, indi Peşəkar Futbol Liqasının rəhbəridir. İndi paytaxt təmsilçisində nə Rövnəq Abdullayev kimi prezident, nə də Musayev kimi vitse-prezident var. Bütün bunlar da nəticələrdə əksini tapır!
Kim bilir, bəlkə də Əhmədov 2-3, bəlkə də 5 ildən sonra Azərbaycanın ən yaxşı məşqçisi olacaq. Lakin indidən Sadıq Sadıqovun prezidenti olduğu komandanı son 10 ilin ən yaxşısı olmasını iddia etməsi nəinki Tərlan bəyə, heç kimə baş ucalığı gətirməz. Bəylər, bəyəm “Neftçi”nin son 10 ildəki uğurları belə tez yaddan çıxdı?
Kiminsə yadından çıxıbsa, buyurun, monitoru özünüzə tərəf çəkin. Gəlin, heç son 10 ilin deyil, müstəqilliyin 20 illiyinin “Neftçi”sini prezidentlərin çalışdığı dövrlər üzrə müqayisə edək və görək vəziyyət nə yerdədi. Həmin 6 prezidentdən üçü son 10 ildə bu posta çalışıb. Əlahəzrət fakt deyir ki, Rövnəq Abdullayev, Əkbər Hacıyevdən sonra rəhbər olan Sadıqov hansısa uğurları ilə öyünə bilməz. Yalandan “Sağ olsun, Sadıq müəllim”, “Biz düzgün yoldayıq” deməklə, iş düzəlmir axı...
Titul sayında cəmi 2 çempionluğu olan Sadıq bəyin “Neftçi”si nəinki Rövnəq Abdullayev, heç Aydın İbrahimovun dövrü ilə müqayisəyə gəlmir. İbrahimovun vaxtında biri “Qızıl dubl” olmaqla, 3 çempionluq, 2 kubok və 2 Superkubok əldə olunub. Bu 7 titulun qarşılığında indiki “Neftçi”nin cəmi 2 uğuru var - o da çempionluq. Hansı ki, həmin çempionluq FİFA referisi Əfqan Həmzəyevin “başında partladı”.
Kubok bakılılar üçün uzaq və əlçatmazdı. Rövnəq Abdullayev isə beynəlxalq arenada titulu olan yeganə prezidentdir. “Birlik kuboku”ndakı zəfər də, ikinci yer də məhz hazırkı AFFA rəhbərinin vaxtına təsadüf edib. İndiki “Neftçi”nin isə belə uğur qazanması bu gedişlə, bu atmosferlə mümkün deyil.
Avropada mərhələ keçmək Azərbaycanda 10, hətta 20 titul qazanmaqdan da dəyərlidi. Buna isə “Neftçi” cəmi 5 dəfə - hamısına da son 10 ildə nail olub. Elə isə indiki komandanı əvvəlkindən hansı əsasla güclü saymaq olar? Fakt odur ki, “ağ-qaralar” Əkbər Hacıyevin dövründə 2, indi isə cəmi bir mərhələ keçib. Özü də Hacıyevin dövründə “Neftçi” avrokubokların 1 mövsümündə 2 mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşmüşdü.
“Neftçi”nin bütün prezidentləri və titulları:
Hazırkı “Neftçi”nin əvvəlkilərlə daha 1 müqayisəsi avrokuboklardakı nəticələr üzrədir. İndiki “Neftçi” ötən il Xorvatiya, bu il İsraildə biabır olmaqdan başqa cəmi 1 qələbə qazanıb. Abdullayevin komandası 5, Hacıyevinki hamısı 1 mövsümdə olmaqla, 3 qələbə qazanmışdı.
Əhmədovun təriflədiyi “Neftçi” isə “Zestafoni”ni Bakıda udmaqdan savayı heç nə bacarmadı. Bəlkə, gürcüləri səfərdə məğlub edib?
Amma Abdullayevin vaxtında İslandiyadan da qələbə sorağı gəlirdi.
İsraildəki rüsvayçılıqdan sonra Bakıda təsəlli qələbəsi belə qazanılmadı. Hərçənd, Abdullayevin vaxtında “Anderlext” kimi nəhəng üzərində qələbə vardı.
Düzdü, həm “Anderlext”, həm də “Hapoel” Bakıdakı qarşılaşmaya motivasiyasız çıxmışdı. Onlar mənasız oyunu yola verdiyindən “Neftçi” reytinq üçün zəruri qələbə qazanmalıydı. Kim gördü o qələbəni? Amma “Neftçi” o vaxt belçikalıları məyus yola saldı. Özü də, həmin qarşılaşmaya komandanı Mircavadov çıxarmışdı, Əhmədov yox.
Göründüyü kimi, Əhmədov bir şey deyir, rəqəmlər, faktlar, tarix fərqli şey. Rusiya MOİK-i ilə Bakıda başabaş oynayan, “Anderlext”i məğlub edən “Neftçi” hara, “Hapoel” və “Dinamo”ya lazım olmayan ev oyunlarını boynubükük tərk edən “Neftçi” hara?
Kim bilir, bəlkə də Əhmədov bu sözləri ya klub prezidenti və vitse-prezidentinin xoşuna gəlmək üçün, ya da həmin illərdə - Abdullayevin, Hacıyevin vaxtındakı uğurlarda “Neftçi”nin heyətinə düşə bilmədiyi üçün deyib...

| N | Prezidentlər | Müddəti | titulları | Avropada keçilən mərhələ sayı |
|---|---|---|---|---|
| 1 | Aydın İbrahimov | 1988, dekabr- 1997, iyul | Azərbaycan çempionu (1992, 1995/96, 1996/97), Azərbaycan kuboku (1994/95, 1995/96), Azərbaycan Superkuboku (1992, 1995) | |
| 2 | Aqil Paşayev | 1997, iyul – 2001, iyul | Azərbaycan kuboku (1998/99) | |
| 3 | Ramiz Mirzəyev | 2001, iyul – 2003, dekabr | yoxdur | |
| 4 | Rövnəq Abdullayev | 2004, fevral – 2008, mart | Azərbaycan çempionu (2003/04, 2004/05), Azərbaycan kuboku (2003/04), Birlik kuboku (2006) | 2 |
| 5 | Əkbər Hacıyev | 2008, mart – 2009, dekabr | yoxdur | 2 |
| 6 | Sadıq Sadıqov | 2009, dekabr - ... | Azərbaycan çempionu (2010/11, 2011/12) | 1 |
Hazırkı “Neftçi”nin əvvəlkilərlə daha 1 müqayisəsi avrokuboklardakı nəticələr üzrədir. İndiki “Neftçi” ötən il Xorvatiya, bu il İsraildə biabır olmaqdan başqa cəmi 1 qələbə qazanıb. Abdullayevin komandası 5, Hacıyevinki hamısı 1 mövsümdə olmaqla, 3 qələbə qazanmışdı.
Əhmədovun təriflədiyi “Neftçi” isə “Zestafoni”ni Bakıda udmaqdan savayı heç nə bacarmadı. Bəlkə, gürcüləri səfərdə məğlub edib?
Amma Abdullayevin vaxtında İslandiyadan da qələbə sorağı gəlirdi.
İsraildəki rüsvayçılıqdan sonra Bakıda təsəlli qələbəsi belə qazanılmadı. Hərçənd, Abdullayevin vaxtında “Anderlext” kimi nəhəng üzərində qələbə vardı.
Düzdü, həm “Anderlext”, həm də “Hapoel” Bakıdakı qarşılaşmaya motivasiyasız çıxmışdı. Onlar mənasız oyunu yola verdiyindən “Neftçi” reytinq üçün zəruri qələbə qazanmalıydı. Kim gördü o qələbəni? Amma “Neftçi” o vaxt belçikalıları məyus yola saldı. Özü də, həmin qarşılaşmaya komandanı Mircavadov çıxarmışdı, Əhmədov yox.
| N | Prezidentlər | mövsüm | O | Q | H | M | T | X |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | Aydın İbrahimov | 1995/96, 1996/97 | 4 | 1 | 1 | 2 | 2-10 | 4 |
| 2 | Aqil Paşayev | 1997/98, 1999/2000, 2000/01 | 6 | 1 | 0 | 5 | 4-17 | 3 |
| 3 | Ramiz Mirzəyev | 2001/02 | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
| 4 | Rövnəq Abdullayev | 2004/05, 2005/06, 2007/08 | 10 | 5 | 1 | 4 | 10-14 | 16 |
| 5 | Əkbər Hacıyev | 2008/09 | 6 | 3 | 1 | 2 | 7-7 | 10 |
| 6 | Sadıq Sadıqov | 2011/12, 2012/13 | 6 | 1 | 3 | 2 | 7-11 | 6 |

0
0