“İnter” uduzdu, “Bakı” xal itirdi, Lənkəranda darmadağın
10.08.2012 - 20:24
“İnter” uduzdu, “Bakı” xal itirdi, Lənkəranda darmadağın
Bu gün Premyer Liqada II tura start verilib. Apasport.az saytının məlumatına görə, birinci oyun günündə 3 qarşılaşma baş tutub.

İlk turda oyunu təxirə salınan ölkə kubokunun sahibi “Bakı” avrokuboklarda olduğu kimi, yenə qələbəyə həsrət qalıb. Ortabab “Simurq”u qonaq edən paytaxt təmsilçisi qolsuz heç-heçə ilə kifayətlənib. Bununla, paytaxtın eyni adlı təmsilçisinin çernoqoriyalı baş məşqçisi Bojidar Bandoviçin həm postunda, həm də ölkəmizdə rəsmi debütünü uğursuzluqla qeyd edib.

Bu matçla eyni vaxtda başlayan görüşdə isə “Qəbələ” qalib gəlib. İlk turda olduğu kimi, yenə yay transferlərindən birinin – bu dəfə Lourival Rodrigezin qolu ilə hesabda önə keçən əyalət təmsilçisi “İnter”lə görüşdə bu üstünlüyü qoruya bilib. Bununla, qəbələlilər mövsümdə ilk qələbəsini qazanıblar.

Günün son matçında “Xəzər Lənkəran” yeni mövsümün ilk ev oyununda “Kəpəz”i sınağa çəkib. Bu qarşılaşmanın ilk hissəsi məhsuldarlığı ilə diqqət çəkib. Belə ki, 26 dəqiqəyə 4 qol vuran Yunis Hüseynovun yetirmələri matçın taleyini həll etdikdən sonra güclərini qorumağı lazım biliblər.

Mövsümün ilk böyük hesablı qələbəsi “Xəzər Lənkəran”ın ən azı 1 günlük zirvəyə yüksəlməsi ilə nəticələnib. Ardıcıl 2-ci məğlubiyyətini alan “Kəpəz” isə sonuncu pillədə möhkəmlənib.

10 avqust

"Xəzər Lənkəran" - "Kəpəz" - 4:0
QOLLAR: Manuel Skarlatake, 15; Ruslan Abışov, 21; Adrian Pit, 35; Roberto Alviz, 40
Hakimlər:
Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Ağabala Ramazanov, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev
Baş məşqçi: Yunis Hüseynov
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov (k), 15. Şahin Kərimov, 24. Fərid Həşimzadə, 66. Lyuba Baranin, 18. Nikolay Svejnitsov, 3. Təbriz Hüseynli, 10. Feutçine Armand, 6. Məhərrəm Hüseynov, 9. İrakli Beraya, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 1. İvan Radoş, 2. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 11. Qoqa Beraya, 8. Elvin Həsənəliyev, 7. Pərvin Paşayev
Baş məşqçi: Fuad İsmayılov


"Bakı" - "Simurq" - 0:0
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu
“Bakı”: 82. Edin Nvredinovski, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 5. Duje Bakoviç, 10. Horvat Lukas Mario, 20. Elşad Manafov, 22. Mantzios Evangelos, 36. Parks Vinston, 99. Rəhman Hacıyev
Baş məşqçi: Bojidar Bandoviç
“Simurq”: 22. Pietrzkieviç David, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 9. Marsin Burkbard, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 8. Qərib İbrahimov, 79. Nenad Stoyanoviç
Ehtiyat oyunçular: 1. Dmitriy Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Əyyubov, 18. Qafar Qafarov
Baş məşqçi: Georgi Çixradze


"Qəbələ" - "İnter" - 1:0
QOL: Leurival Rodrigez, 13
Hakimlər:
Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu
“Qəbələ”: 25. Kosta Silva Dieqo, 8. Bruno Da Silva, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov (k), 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev, 94. Murad Musayev, 84. Kelhar Dejan, 88. Nodar Məmmədov
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov
Baş məşqçi: Fatih Kavlak
“İnter”: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. George Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov, 87. Hayns Barmettler
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
Baş məşqçi: Kaxaber Sxadadze

komandalar o q h m tx
1
Xəzər L21105-14
2
Qəbələ21102-14
3
Turan11002-13
4
Simurq20201-12
5
Qarabağ10101-11
6
AZAL10102-21
7
İnter20111-21
8
Bakı10100-01
9
Rəvan10101-11
10
Sumqayıt10102-21
11
Neftçi000000
12
Kəpəz20021-60


Qeyd edək ki, turun digər 3 matçı sabah keçiriləcək.