Mahir Şükürov xoşbəxt oldu
10.08.2012 - 11:15
"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”yə keçən Mahir Şükürov deyib.
Yeni komandasında 22 nömrəli formada çıxış edəcək müdafiəçi klub saytına açıqlamasında transferinə münasibət bildirib: “Üstəlik "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".

0
0