APOEL& “Neftçi”: 17 il əvvəl və indi
10.08.2012 - 16:08
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda matçda Kipr APOEL-i ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, 1994-cü ildə avrokuboklarda debüt edən Azərbaycan təmsilçiləri 18 ildə 2-ci dəfə Kipr komandası ilə görüşəcək. İndi olduğu kimi, ilk duel də “Neftçi” və APOEL arasında olmuşdu.
1995/96 mövsümündə qitə miqyaslı turnirlərdə debüt edən bakılılar Kuboklar Kubokunda ilk oyununu Kiprdə keçirmişdi. Həmin vaxt o qədər də güclü olmayan APOEL bakılıları 3:0 hesabı ilə məğlub etmişdi. Vaqif Sadıqovun baş məşqçisi olduğu komanda Bakıda qolsuz heç-heçə edərək, mübarizəni dayandırmışdı. Həmin xal avrokuboklarda ilk xalımız kimi tarixə düşmüşdü.
İndi 17 ildən sonra “Neftçi”nin ən güclü dövrlərini yaşadığını iddia edən məşqçi Tərlan Əhmədov və yetirmələri 17 il əvvəlki məğlubiyyətin, uğursuz startın qisasını almalıdır. Təbii ki, əgər indiki “Neftçi” güclüdürsə.

0
0