75 yaşlı “Neftçi” üçün 57 illik tarixin faktı
10.08.2012 - 17:04
75 yaşlı “Neftçi” üçün 57 illik tarixin faktı
Avropa Liqasında “Neftçi”nin rəqibi olan Kiprin APOEL klubu qitə kuboklarının tarixində iz qoyub. Apasport.az saytının məlumatına görə, 1955-ci ildən keçirilən avrokubokların 57 illik tarixində ən böyük hesablı nəticəsində məhz Nikosiya təmsilçisinin də payı var.

1963/64 mövsümündə Avropada debüt edən komanda mərhələ keçsə də, II raundda Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Lissabondakı 16:1 hesabı avrokuboklar tarixində ən böyük hesablı nəticədir. Nikosiyalılar bu yolla qitənin ən böyük darmadağınının “müəllifidir”. Lakin vaxtilə 1:16 uduzan komanda 46 ildən sonra – 2009/10 mövsümündə ilk dəfə Çempionlar Liqasının qrupuna düşdü.

Görəsən, ən böyük hesablı yenilgisini – 0:8-i 1997-ci ildə Polşa “Vidzev”indən alan “Neftçi” 15 ildən sonra Avropa Liqasının qrupuna düşəcəkmi?