Bəhreyn yığması Bakıya gətirəcəyi heyəti açıqladı
10.08.2012 - 23:08
Bəhreyn yığması Bakıya gətirəcəyi heyəti açıqladı
Bəhreyn yığması millimizlə yoldaşlıq görüşünə heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, ingiltərəli baş məşqçi Piter Teylor avqustun 15-də saat 18:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək oyuna 27 futbolçu çağırıb.

Bunlar əsasən yerli çempionatda çıxış edənlərdir. Belə ki, siyahıda xaricdə oynayan bəzi tanınmış futbolçuların adları yoxdur. Yerli mətbuatın yazdığına görə, bəhreynlilərin paytaxtımıza 23 futbolçu gətirəcəyi gözlənilir. Hazırlığa avqustun 9-da başlayan rəqibimiz 12-də ölkəmizə gələcək.

Qapıçılar: Seyyid Məhəmməd Cəfər, Abbas Əhməd, Abdulla əl-Kəbi, İbrahim Lütfullah

Müdafiəçilər: Davud Sə’d, Velid əl-Hiyam, Məhəmməd əl-Hirban, Abdullah Ömər, Məhəmməd Hüseyn, Abdullah əl-Həzza, Saleh Əbdülhəmid, Rəşid əl-Huti, İbrahim əl-Ubeydli

Yarımmüdafiəçilər: Salman İsa, Seyyid Ziya Səid, Mahmud Əbdürrəhman, Fəhd əl-Hərdan, İsa Musa, Seyyid Əhməd Cəfər, Casim Ayyaş, Əbdülvəhhab Əli

Hücumçular: Sami əl-Hüseyni, İmad əl-Hüseyni, Abdullah Əbdulcəlil Yusif, Hüseyn Baba, Seyyid Məhəmməd Adnan, İsmayıl Əbdüllətif