APOEL-in “Neftçi”dən xəbəri yoxdur
10.08.2012 - 19:00
APOEL-in “Neftçi”dən xəbəri yoxdur
Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq APOEL-in düşərgəsində püşkün nəticələri sevinclə qarşılanıb. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytından fərqli azarkeş səhifəsində püşkün nəticələri ilə bağlı şərh yer alıb. Kiprlilərin “püşkdə çıxa biləcək ən yaxşı rəqib “Neftçi” idi” fikrini gizlətmir.

Lakin Nikosiya təmsilçisinin “Neftçi”dən heç xəbəri də yoxdur. Belə ki, bakılıların qısa tanıtmasını və fotosessiya verən adalılar Rail Məlikov, Rauf Mehdiyev və İqor Mitreskinin qovulmasından xəbərsizdir. Onların “ağ-qaralar”ın oyunçusu kimi qələmə verən kiprlilərin ən böyük səhvi fotosessiyada Rəşad Sadıqovun şəklinin yer almasıdır.