“Neftçi” növbəti zərbəni “Qarabağ”dan aldı
11.08.2012 - 20:54
“Neftçi” növbəti zərbəni “Qarabağ”dan aldı
Bu gün keçirilən 3 oyunla Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi qarşılaşmasında son çempion “Neftçi” “Dalğa Arena”da “Qarabağ”ın qonağı olub.

Ağdam təmsilçisinin üstünlüyü ilə keçən oyunda Qurban Qurbanovun yetirmələri ilk yarının sonlarında vurulan qol sayəsində cari mövsümdə ilk qələbəsini qazanıb. Komandaya 3 xalı gətirən qolun müəllifi isə Qara Qarayev olub. Gənc futbolçunun 42-ci dəqiqədə vurduğu qol Çempionlar Liqasında uğursuzluqla üzləşən “ağ-qaralar” üçün növbəti zərbə olub.

İlk turda Gəncədə “Kəpəz” üzərində sensasion qələbə qazanan “Turan” isə uğurun davamını gətirə bilməyib. Qərb təmsilçisi bu dəfə doğma arenada “Sumqayıt”a uduzub.

Böyük ümidlərlə “Rəvan”a baş məşqçi gətirilən Cevat Gülərin isə üzləri gülmür. Birinci turda “Xəzər Lənkəran”la öz meydanında 1 xalı güclə qazanan “Rəvan” bu dəfə canını darmadağından güclə qurtarıb. Türkiyəli mütəxəssisin komandası AZAL-la səfər görüşündə Juan Varelanın qolu ilə böyük hesablı yenilgidən qaçıb.

10 avqust

"Xəzər Lənkəran" - "Kəpəz" - 4:0
QOLLAR: Manuel Skarlatake, 15; Ruslan Abışov, 21; Adrian Pit, 35; Roberto Alviz, 40
Hakimlər:
Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Ağabala Ramazanov, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev
Baş məşqçi: Yunis Hüseynov
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov (k), 15. Şahin Kərimov, 24. Fərid Həşimzadə, 66. Lyuba Baranin, 18. Nikolay Svejnitsov, 3. Təbriz Hüseynli, 10. Feutçine Armand, 6. Məhərrəm Hüseynov, 9. İrakli Beraya, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 1. İvan Radoş, 2. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 11. Qoqa Beraya, 8. Elvin Həsənəliyev, 7. Pərvin Paşayev
Baş məşqçi: Fuad İsmayılov


"Bakı" - "Simurq" - 0:0
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu
“Bakı”: 82. Edin Nvredinovski, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 5. Duje Bakoviç, 10. Horvat Lukas Mario, 20. Elşad Manafov, 22. Mantzios Evangelos, 36. Parks Vinston, 99. Rəhman Hacıyev
Baş məşqçi: Bojidar Bandoviç
“Simurq”: 22. Pietrzkieviç David, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 9. Marsin Burkbard, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 8. Qərib İbrahimov, 79. Nenad Stoyanoviç
Ehtiyat oyunçular: 1. Dmitriy Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Əyyubov, 18. Qafar Qafarov
Baş məşqçi: Georgi Çixradze


"Qəbələ" - "İnter" - 1:0
QOL: Leurival Rodrigez, 13
Hakimlər:
Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu
“Qəbələ”: 25. Kosta Silva Dieqo, 8. Bruno Da Silva, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov (k), 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev, 94. Murad Musayev, 84. Kelhar Dejan, 88. Nodar Məmmədov
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov
Baş məşqçi: Fatih Kavlak
“İnter”: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. George Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov, 87. Hayns Barmettler
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
Baş məşqçi: Kaxaber Sxadadze

11 avqust (şənbə)

"Qarabağ" - "Neftçi" - 1:0
QOL: Qara Qarayev, 42
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov
“Dalğa Arena” stadionu


AZAL - "Rəvan" - 3:1
QOLLAR: Junior Nildo, 3; Zohair Benouahi, 68; 69 - Juan Varela, 72
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
“AZAL Arena” stadionu


"Turan" - "Sumqayıt" - 0:1
QOL: Ruslan Qurbanov, 65 (p)
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz şəhər stadionu

komandalar o q h m tx
1
Xəzər L21105-14
2
Qarabağ21102-14
3
AZAL21105-34
4
Qəbələ21102-14
5
Sumqayıt21103-24
6
Turan21012-23
7
Simurq20201-12
8
İnter20111-21
9
Bakı10100-01
10
Rəvan20112-41
11
Neftçi10010-10
12
Kəpəz20021-60