Sxadadze: Futbolçu 4 qol epizodundan yararlana bilmirsə...
10.08.2012 - 20:31
Sxadadze: Futbolçu 4 qol epizodundan yararlana bilmirsə...
“Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm. Oyun demək olar ki, “Qəbələ”nin qapısı qarşısında keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib

Gürcüstanlı mütəxəssis Premyer Liqanın II turunun “Qəbələ” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Ancaq qol epizodlarında bəxtimiz gətirmirdi. Bir futbolçu 4 qol epizodundan yararlana bilmirsə, gah qapıçı topu çıxardırsa, gah zərbə dəqiq olmursa, burda həm bəxtsizlik var, həm də futbolçu öz üzərində işləməlidir".

Mənbə: pfl.az