Fatih Kavlak: Nəticəyə baxmaq lazımdır
10.08.2012 - 20:35
Fatih Kavlak: Nəticəyə baxmaq lazımdır
“İnter” Azərbaycanın ən güclü komandalarındandır. Rəqib oyun boyu üstün olsa da, nəticəyə baxmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Premyer Liqanın II turunun “İnter”lə oyunundakı 1:0 hesablı qələbənin sirrini açıqlayıb: “Əlimizə düşən imkandan maksimum yararlandıq. Üç xalı qazandığımız üçün şadıq. “İnter”ə uğurlar arzulayıram”.