Böyük hesablı qələbə Yunis Hüseynovun xoşuna gəlmədi
10.08.2012 - 22:13
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın II turunda “Kəpəz” üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, cənubluların çalışdırıcısı bildirib ki, 4 cavabsız top vurmasına baxmayaraq, komandasından razı qalmayıb: “Bu gün 4:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq komandamın oyunu o qədər də xoşuma gəlmədi. Bəzi səhvlər var və onun üzərində işləyəcəyik. Premyer Liqanın ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər”.
Ardıcıl 2 oyundur uduzan “Kəpəz”in çalışdırıcısı Fuad İsmayılov isə biabırçı məğlubiyyətə belə şərh verib: “Müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq. Gələcək oyunlarda daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycanın ən güclü komandalarından olan “Xəzər Lənkəran”a qarşı oynadıq. Onlara da gələcək qarşılaşmalarda uğurlar arzulayıram”.

0
0