Bojidar Bandoviç debütündən danışdı
10.08.2012 - 22:22
Bojidar Bandoviç debütündən danışdı
Premyer Liqanın II turunda "Simurq"la xalları yarı bölən (0:0) “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın çalışdırıcısı çempionatımızda keçirdiyi debüt matçı ilə bağlı bunları deyib: “Simurq” yaxşı komandadır. İlk hissədə uzun ötürmələrdən istifadə edərək hücumlar təşkil etmək istədik. Xüsusən də sol cinahdan hücumlara üstünlük vermişdik. Lakin futbolçuların çoxlu top istirməsi oyuna təsir etdi. İkinci hissədə daha çox hücum etdik. Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Bu, bizim ilk oyunumuz idi. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq".