Lam və Podolski yığmaya çağırılmadı
11.08.2012 - 11:11
Almaniya millisinin baş məşqçisi Yoahim Löv heyətdə dəyişikliklər edib. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis Argentina ilə keçiriləcək yoldaşlıq görüşünə komandasının bir neçə aparıcı futbolçusunu dəvət etməyib. Bunlar arasında Filip Lam və Lukas Podolski də var.
Almaniya millisinin məşqçilər korpusu Lama ata olması münasibəti ilə bir neçə günlük istirahət verib. Lukas Podolski və Per Mertezaker isə "Arsenal"ın heyətində möhkəmlənmələri üçün milliyə çağırılmayıblar.

0
0