UEFA “Neftçi”nin APOEL-lə oyunlarının yerini dəyişdirdi
11.08.2012 - 11:55
UEFA “Neftçi”nin APOEL-lə oyunlarının yerini dəyişdirdi
Avrokuboklarda qalan yeganə təmsilçimiz “Neftçi”nin Kiprin APOEL klubu ilə oyunlarının yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, UEFA bakılıların Avroliqanın son təsnifat mərhələsində ada təmsilçisi ilə avqustun 23-də ilk matçını evdə, 30-da cavab oyununu səfərdə keçirəcəyini göstərib.

Halbuki dünən UEFA-da keçirilən püşkə görə APOEL ilk oyunda meydan sahibi olmalı idi. Ancaq kiprlilər avqustun 23-də Bakıda “Dalğa Arena”da qonaq olacaq. Bundan 1 həftə sonra cavab oyunu paytaxt Nikosiyada keçiriləcək.

Qeyd edək ki, “Neftçi”nin bundan əvvəl çıxış etdiyi Çempionlar Liqasında “Zestafoni” ilə ilk oyunu evdə, bundan sonra “Hapoel”lə səfərdə olmuşdu.