Əsgər Abdullayev danışmağa söz tapmadı
11.08.2012 - 20:00
Əsgər Abdullayev danışmağa söz tapmadı
Premyer Liqanın II turu çərçivəsində öz meydanında "Sumqayıt"a uduzan "Turan"ın baş məşqçisi Əsgər Abdullayev oyundan sonra fikirlərinin açıqlayıb. Apasport.az saytının xəbərinə görə, qərb təmsilçisinin çalışdırıcısı komanda üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib: “Oyun barədə heç nə deyə bilmərəm. Belə oynamaq olmaz. Bir oyunda qalib gəldikdən sonra eyforiyaya qapılmaq lazım deyil. Komanda verdiyim tapşırıqlara uyğun oynamadı. Ciddi tədbirlər görmək lazımdır”.

“Sumqayıt”ın baş məşqçisi Bernhard Raab isə qarşılaşmadan razı qalıb: “Havanın isti olmasına baxmayaraq çox gözəl oyun keçdi. Qarşılaşmanın böyük hissəsini 10 nəfərlə oynadıq. Buna baxmayaraq oyundan da görsənirdi ki, biz rəqibdən daha güclüyük. Gözəl oyuna görə komandamı təbrik edirəm. Qarşıdakı oyunlarda bundan da yaxşı oynamağa çalışacağıq”.
pfl.az