Vaqif Sadıqovun təbrik etmədiyi adam qalmadı
11.08.2012 - 20:43
Vaqif Sadıqovun təbrik etmədiyi adam qalmadı
Premyer Liqanın ikinci turunda "Rəvan"ı öz meydanında 3:1 hesabı ilə məğlub edən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər”in çalışdırıcısı qələbə münasibətilə bütün komandanı təbrik edib: “Bu gün gözəl oyunun şahidi olduq. Qələbə qazanmağımıza baxmayaraq, “Rəvan”ın gözəl oynadığını deyə bilərəm. “Xəzər Lənkəran”a qarşı da yaxşı oynamışdılar. Biz bu gün komanda şəklində güclü olduğumuzu göstərdik. Mən bu gün meydanda sona kimi mübarizə aparan komanda gördüm. Bütün azarkeşlərimizi, AZAL rəhbərliyini, futbolçuları qələbə münasibətilə təbrik edirəm. Artıq bu oyun geridə qaldı, gələcək oyunlar haqqında fikirləşməliyik”.