Tərlan Əhmədov məğlubiyyətə şərh verdi
11.08.2012 - 21:31
Tərlan Əhmədov məğlubiyyətə şərh verdi
"Bu qarşılaşmadan 2 gün öncə Çempionlar Liqasında oyunumuz olmuşdu və komandada yorğunluq hiss olunurdu”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.
Komandasının Premyer Liqanın II turunda “Qarabağ”la səfər oyunu barədə fikirlərini açıqlayan Əhmədov 0:1 hesablı məğlubiyyətə belə şərh verib: “Süni meydançada oynamaq çətin idi. Futbolçular da tam bərpa olmamışdılar. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".