Qurban Qurbanov: Hələ sakitçilikdi
11.08.2012 - 21:33
Qurban Qurbanov: Hələ sakitçilikdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın II turunda “Neftçi” üzərindəki qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Qurbanov bildirib ki, rəqib psixoloji basqı altında idi: “Bu da komandanın avrokuboklarda iştirakı ilə əlaqədardır. Yorğunluğa baxmayaraq, “Neftçi” çox yaxşı mübarizə apardı. Biz daha bir neçə qol vura bilərdik. Ancaq futbolçularda dəqiqlik çatmadı. İrəlidə bizi daha çətin oyunlar gözləyir. Rauf Əliyevin Türkiyə klubuna keçməsi ilə bağlı onu deyə bilərəm ki, hələlik sakitçilikdi. Əfran İsmayılov hücumda özünü yaxşı tərəfdən göstərdi".
pfl.az