“Qalatasaray”ın sabiq baş məşqçisi Messini Ronaldodan üstün saydı
12.08.2012 - 10:55
“Qalatasaray”ın sabiq baş məşqçisi Messini Ronaldodan üstün saydı
Son illərdə dünyanın ın yaxşı futbolçuları seçilən argentinalı Lionel Messi ilə portuqlaiyalı Kriştianu Ronaldo arasında aparılan müqayisələr Rumıniya futbolunun əfsanələrindən olan Georgi Hacının da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın sabiq futbolçusu və baş məşqçisi “Barselona”nın hücumçusunu daha üstün tutub.

Hacının fikrincə, son 3 ildə planetin ən güclü futbolçusu olan 25 yaşlı Messi buna layiqdir: “Ronaldo çox yaxşıdır, ancaq mənim daha çox xoşuma Messi gəlir. O, möhtəşəmdir. Bu, yalnız Lionelin meydanda etdiyi ilə yox, eyni zamanda hərəkətinin nümunəsi ilə bağlıdır. Bizim vaxtımızda bu, uşaqlar üçün çox vacibdir. “Barselona” epoxadır. Xosep Qvardiolanın əldə etdikləri diqqət çəkir”.