AZAL 2 yubileyi qeyd etdi
12.08.2012 - 12:14
Premyer Liqanın II turu AZAL üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” milli çempionatımızda yubiley – 200-cü oyunu keçiriblər. Bu, “Rəvan”la oyunda reallaşıb. Bunadək “Olimpik” və “Olimpik-Şüvəlan” da adlanan komanda 2006-cı ildən güclülər dəstəsində çıxış edir və ən böyük uğuru 2007�8 mövsümündə çempionatımızın gümüş medal qazanmağı olub.
“Rəvan”la matç eyni zamanda AZAL-ın 100-cü ev oyunu olub. Komanda 2 yubileyi yaxşı qeyd edib. Belə ki, “Rəvan”ı 3:1 hesabı ilə məğlub edən Vaqif Sadıqovun yetirmələri bununla da cari mövsümdə ilk qələbələrini qazanıb.
Qeyd edək ki, AZAL ilk turda “Sumqayıt”la səfər oyununda 2:2 hesablı heç-heçə etmişdi.

0
0