Flavinyo 50-yə çatdı, Əmirquliyev daha çox irəlilədi
12.08.2012 - 12:48
Flavinyo 50-yə çatdı, Əmirquliyev daha çox irəlilədi
“Neftçi”nin braziliyalı futbolçusu Flavinyo üçün Premyer Liqanın cari mövsümündə debüt oyunu xüsusi olub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Qarabağ”la səfər oyununda milli çempionatımızda 50-ci oyununu keçirməklə, turun yubilyarı olub. Flavinyo ardıcıl 3-cü ildir komandasının heyətində milli çempionatımızın iştirakçısıdır.

Çempionatımızın 100 ən çox oyun keçirən futbolçuları siyahısına daxil olan futbolçulardan bu tur 10-u yaşıl meydanda olub. Onlardan “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev daha çox – 4 pillə irəliləyə bilib:

30.(30).Rəşad Abdullayev (“Qəbələ”) - 256
34.(36).Ceyhun Sultanov (“Sumqayıt”) - 252
36.(37).Elmar Baxşıyev (“Qəbələ”) - 251
58.(59).Rəşad Sadiqov (“Neftçi”) - 232
76.(78).Samir Abasov (“Sumqayıt”) - 212
80.(80).Vüqar Nadirov (“Qarabağ”) - 208
83.(87).Rahid Əmirquliyev (“Xəzər L”) - 204
95.(98).Rəşad Sadıqov (“Qarabağ”) - 197
96.(99).Elnur Allahverdiyev (“Xəzər L”) - 197
99.(100).Georgi Adamiya (“İnter”) - 196

Rasim ƏLİYEV