Səlahət Ağayev nəticəsini yaxşılaşdırdı
12.08.2012 - 13:12
Premyer Liqanın II turunda 13 qapıçı çıxış edib. Apasport.az saytının məlumatına görə, əlcək sahiblərindən 7-si öz qapısının toxunulmazlığını qoruyub saxlayıb. Çempionatın ən çox qol buraxmayan 100 qapıçısı siyahısında isə onlardan yalnız 1-i nəticəsini yaxşılaşdıraraq, irəliləyə bilib. Bu, yığmamızın da üzvü olan “Sumqayıt”ın qapıçısı Səlahət Ağayevdir. Belə ki, 21 yaşlı qapıçı +6 göstərici ilə 97-ci pillədən 88-ci yerə qalxıb.
Rasim ƏLİYEV
Rasim ƏLİYEV
0
0