AFFA Vaqif Cavadov barədə çıxardığı qərarı ləğv etdi
13.08.2012 - 09:28
AFFA “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, assosiasiya 23 yaşlı hücumçu ilə bağlı çıxardığı cəzanı ləğv edib. İntizam Komitəsinin ötən ilin oktyabrın 19-da keçirilən iclasında Vaqif 1 il müddətinə millimizdən kənarlaşdırılmışdı. Futbolçu avqustun 9-da yığmamızın baş məşqçisi Berti Foqtsla görüşərək, tutduğu hərəkətə görə məyus olduğunu bildirib, AFFA və komanda yoldaşlarından üzr istəyib. Bu hadisədən sonra avqustun 10-da millimizin baş inzibatçısının müraciətinə əsasən Cavadova verilən cəza ləğv edilib.
0
0