AFFA jurnalistlər üçün avtomobil ayıracaq
13.08.2012 - 10:11
AFFA jurnalistlər üçün avtomobil ayıracaq
AFFA Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun sabahkı mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün avtomobil ayıracaq. Apasport.az saytının məlumatına görə, həmin avtomobillə mətbuat konfransına getmək istəyən media nümayəndələri avqust 14-ü saat 10:00-a qədər [email protected] ünvanında qeydiyyatdan keçməlidirlər. Jurnalistləri mətbuat konfransına aparacaq avtomobil 14-də saat 16:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.

Qeyd edək ki, Foqtsun mətbuat konfransı saat 17:00-da Sheraton Baku Airport Hotel-də təşkil olunacaq.

Mənbə: affa.az