Millimizin açıq məşqinin vaxtı dəyişdirildi
13.08.2012 - 12:08
Millimizin açıq məşqinin vaxtı dəyişdirildi
Azərbaycan millisinin Bəhreynlə yoldaşlıq görüşünə hazırlıq ərəfəsində açıq məşqinin vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, mətbuat üçün açıq məşq bu gün saat 18:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Halbuki məşqin sabah saat 18:15-də olmağı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, millimiz tarixində Bakıxanov stadionunda ilk oyununu avqustun 15-də Bəhreynlə keçirəcək.