Millimizin yoldaşlıq görüşünün hakimləri açıqlandı
13.08.2012 - 13:59
21 yaşlı futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında yoldaşlıq görüşünün hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 15-də AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək matçı gənc hakim Orxan Məmmədov idarə edəcək. Vaxtilə FİFA hakim-köməkçisi olan, sonradan baş hakimliyə keçən Orxana yan xətdə Vaqif Musayevlə Namiq Hüseynov yardımçı olacaq. Ehtiyat hakim Elvin Əsgərov təyin edilib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0