Adil Məmmədov: “Kəpəz” məhəllə futbolu oynayır - MÜSAHİBƏ
13.08.2012 - 14:17
“Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın yeni mövsümü “Kəpəz” üçün uğursuz başladı. 2 məğlubiyyət alan komandanızın çıxışını fanklub rəhbəri kimi necə dəyərləndirirsiniz?
- Hər 2 məğlubiyyətə “biabırçı yenilgi” deyərdim. Birinci məğlubiyyət evdə 15 günün komandasından alındı. Hamı bilir ki, “Turan” cəmi 15 günə yığılıb. Ardınca isə səfərdə “Xəzər Lənkəran”a biabırçı hesabla məğlubiyyət. Biz fanklub olaraq, bunu əvvəlcədən görürdük. Ötən mövsümün sonunda da komanda qələbəsiz seriyaya imza atmışdı. Son oyunu Bakıda izlədik. Fanklubun 10 üzvü toplaşıb matça baxdıq. Komanda bərbad oynadı. Səfər oyunu olsa da, 4 cavabsız qol buraxmaq acınacaqlı idi. Oyundan sonra da iclas keçirdik.
- İclasda hansı qərar qəbul etdiniz?
- Qərara aldıq ki, sonadək “Kəpəz”imizə dəstək olaq. Lakin Fuad İsmayılovsuz “Kəpəz”ə. Onun gördüyü işə, yığdığı komandaya baxsaq görərik ki, bu, belə getməz. Bundan sonra komanda 5:0, 3:0 hesabı ilə udsa da, xeyri yoxdur, İsmayılov getməlidir. İsmayılov istefa verməlidir. Biz o gedənə qədər aksiyamızı davam etdirəcəyik.
- Sizcə uğursuzluqların səbəbi baş məşqçidir?
- Tək baş məşqçi ilə bağlıdır. Lakin ona da təzyiq göstərmək lazımdır ki, özünü doğrultsun. Heyətlə bağlı bərbad seçim edilib. Elə oyunçu var ki, komandaya layiq deyil. Rəhbərlik demişdi ki, artıq çempion olmağın vaxtıdır. Belə oyunla, belə heyətlə Premyer Liqada qalmaq mümkün olmayacaq. Belə getsə, aşağı dəstəyə düşə bilərik. Əgər rəhbərlik çempionluqdan danışanda azarkeşləri aldatmayıbsa, bu nə heyətdir, bu nə oyundur? Komandada stabillik yoxdur, baş məşqçinin sözünün kəsəri yoxdur. Biz onu çoxdan tanıyırıq. Onda kiməsə nəsə demək bacarığı yoxdur.
- Deməli, İsmayılov “Kəpəz”ə layiq deyil...
- Bəli, layiq deyil. O, həmişə aşağı yaş qruplarında çalışıb. Məşqçi tapmayanda onu gətirirlər. Taktika qura bilmir. Komandanı idarə etməyə layiq deyil. Onun bacarığı yoxdur.
- Son oyunda Tural Abbaszadənin qapıçı kimi meydana buraxılması da özünü doğrultmadı...
- Tural gənc qapıçıdır. Gələcəkdə yaxşı qapıçı ola bilər. Lakin Lənkərandakı oyunda yeni transferimiz İvan Rados oynamalı idi. Tural təzyiqlərə dözmədi.
- Baş məşqçinin komandaya layiq, heyətin yaxşı olmadığını deyirsiniz. Bəlkə rəhbərliyə belə olması sərfəlidir?
- Onların əvəzinə nəsə deyə bilmərəm. Əgər yüksək yerə oynamaq istəmirlərsə, niyə orda oturublar? Əgər iddialı olacağına söz vermişdilərsə, bu azarkeşləri aldatmaqdır. Onda mən demişdim ki, başımızın altına yastıq qoyurlar. İndi üzə çıxır ki, onların hamısı boş-boş söhbətlər idi.
- Mövsümün ilk oyununda – “Turan”la qarşılaşmada “istefa” sədaları səsləndirdiniz. Bu şüarlar kimə ünvanlanmışdı – baş məşqçiyə, yoxsa rəhbərliyə?
- Həmin vaxt ilk olaraq fanklub üzvləri deyil, adi azarkeşlər “istefa” qışqırmağa başladı. Sonradan biz də onlara qoşulduq. Orada konkret kiməsə ünvanlandığı səslənməsə də, indiki vəziyyətdə gedəsi adam baş məşqçidir.
- Çıxış yolunu yalnız İsmayılovun istefasında görürsünüz?
- Getsə, qismən düzələr. Lakin köklü dəyişikliklər olmalıdır. Məşqçi deyir ki, uğurlardan doymuşuq. Ona sual vermək istəyirəm: ay Fuad İsmayılov, hansı uğurun olub? O biri məşqçi deyir ki, gəncəlilər Allaha şükür etsinlər ki, Gəncədə futbol var, komanda var. Bu məşqçilərin futboldan anlayışı yoxdur. Onların futboldan heç başı çıxmır. Oynadıqları məhəllə futboludur da. Komanda yığsam, bunlardan yaxşı çıxış edər.
- Növbəti turda “Kəpəz” AZAL-ı qəbul edəcək. Bu matç üçün hansısa planınız var?
- Biz rəsmi olaraq saytımız vasitəsilə açıqlamışıq ki, İsmayılov gedənə qədər “istefa” deyəcəyik. Ardıcıl 5 oyun qalib gəlsə də, “istefa” qışqıracağıq. Qələbədən sonra “istefa” sədalarına bir az fərqli baxırlar. Lakin biz buna pis baxmırıq. İsmayılov gedənədək istefaya səsləyəcəyik. O necə illərdi özünü doğrultmur.

0
0