Milli komandamız Portuqaliyaya çarter reysi ilə yollanacaq
13.08.2012 - 23:01
Milli komandamız Portuqaliyaya çarter reysi ilə yollanacaq
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk səfər oyununu keçirəcəyi Portuqaliyaya çarter reysi ilə yollanacaq. Apasport.az saytının məlumatına görə, millimiz seçmə mərhələyə başlayacağı İsrail yığması ilə ev oyununun ertəsi – sentyabrın 8-də səfərə çıxacaq. Yığmamız sentyabrın 11-də Portuqaliya ilə Braqa şəhərində yerli vaxtla saat 21:00-da (Bakı vaxtilə saat 01:00-da) ilə oynayacaq. Millimiz sentyabrın 12-də Vətənə dönəcək.