Ruslar Portuqaliya və Azərbaycan yığmalarına fərq qoydu
13.08.2012 - 15:56
Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibləri olan Portuqaliya və Azərbaycan millilərinə fərq qoyub. Apasport.az saytının məlumatına görə, ruslar oktyabrın ilk yarısında ardıcı ev oyunlarını keçirəcəyi bu yığmaları Moskvada ayrı-ayrı stadionlarda qəbul etməyi qərara alıb.
Belə ki, şimal qonşularımız oktyabrın 12-də Portuqaliya ilə “Lujniki”, 16-da Azərbaycanla “Lokomotiv” stadionunda üzləşəcəyini aşıqlayıb. Hər oyun eyni saatda - Bakı vaxtilə 20:00-da başlayacaq.
Rusiya start oyunu – sentyabrın 7-də Şimali İrlandiyanı da bizim kimi “Lujniki”də qəbul edəcəyini dəqiqləşdirib. Fabio Kapellonun baş məşqçisi olduğu yığma bundan 4 gün sonra İsrail millisinin qonağı olacaq. İsrail isə bu matça qədər sentyabrın 7-də Bakıda millimizlə səfər oyununa çıxacaq.

0
0