Nasimov qayıtdı və danışdı
13.08.2012 - 17:06
Nasimov qayıtdı və danışdı
"Neftçi" klubunun özbəkistanlı hücumçusu Bahodir Nasimov Azərbaycana qayıdıb. Apasport.az saytının xəbərinə görə, vətənində müalicə keçmiş futbolçu təkrar müayinə olunduqdan sonra fərdi qaydada məşqlərə başlayacaq.

Klubun rəsmi saytı üçün danışan Bahodir Nasimov tezliklə meydana çıxmaq istədiyini deyib: "Ayağımdan aldığım zədə səbəbindən vacib oyunlarda komandama kömək edə bilmədim. Amma futbolda heç kim zədədən sığortalanmayıb. Müalicəmin demək olar ki, yekunlaşır. Fərdi məşqlərə başlayacam. Çalışacam ki, bərpa müddətini tez bir zamanda keçərək komanda ilə hazırlığa qoşulum".