Biz Fələstinə uduzanda...
13.08.2012 - 23:02
Azərbaycan millisinin növbəti yoldaşlıq görüşündə rəqibi olan Bəhreyn yığmasının 61 yaşı var. Apasport.az saytının məlumatına görə, sabah Bakıda qonağımız olacaq milli 1951-ci ildə yaradılsa da, bundan 15 il sonra – 1966-da FİFA-ya qəbul olunub.
Bəhreyn Futbol Assosiasiyasının idarə etdiyi milli bizim kimi heç vaxt dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. 1930-cu ildən 1974-cü ilə kimi seçmə mərhələlərdən də kənarda qalan bəhreynlilər sonradan buna qatılsa da, cəhdi uğursuz olub.
Əvəzində onlar millimizdən fərqli, öz qitəsində final mərhələsinin həyəcanını yaşayıb. Bu, 2004-cü ildə Asiya kubokunda olub. Onda 1/4 finalda Özbəkistanı yenən Bəhreyn yarımfinalda Yaponiyaya 3:4 hesabı ilə uduzaraq, turnirdə 4-cü yeri tutub. Bu, rəqibimizin mötəbər turnirlərdə iştirak tarixində ən yüksək göstəricisidir. Bəhreynlilər 2011-ci ildə Asiya və İran Körfəzi oyunlarının qalibi olub.
Rəqibimiz ilk oyununu 1966-cı ilin aprelində 2-də İraqın paytaxtda Bağdadda keçirib. Onda Küveyt yığması ilə oyun məhsuldar heç-heçə ilə nəticələnib – 4:4. Bəhreyn bundan cəmi 4 gün sonra tarixində ən ağır məğlubiyyətini alıb. Belə ki, yığma Bağdadda İraq millisinə 1:10 hesabı ilə uduzub.
Bəhreyn millisi tarixində ən böyük hesablı qələbəni isə bu ilin fevralın 29-da qazanıb. Millimiz həmin gün Dubayda Fələstin yığması yoldaşlıq görüşündə 0:2 hesabı ilə uduzduğu zamanı rəqib seçmə mərhələdə evdə İndoneziyanı darmadağın edib – 10:0. Düzdür, bu nəticə müəyyən şübhələrə səbəb olub və hətta FİFA-nın araşdırmağa başlayıb, cəza verəcəyi deyilsə də, bu, reallıqda əksini tapmadı.
FİFA-nın son reytinqində 103-cü olan Bəhreyn yığmasını ingiltərəli Piter Teylor çalışdırır. Onun heyətində ən çox oyun keçirən Əbdülrəzzaq Məhəmmədlə (102) bombardir (31) Hüseyn Əli Əhməd hazırda yığmada yoxdur.
Qeyd edək ki, 1992-ci ilin sentyabrın 17-də yaradılan, reytinqdə 108-ci olan millimiz 1994-cü ildən FİFA və UEFA-nın üzvü olaraq, seçmə mərhələlərdə iştirak edir.

0
0