Miroslav Kloze yığmadan gedir
13.08.2012 - 18:48
Almaniya yığmasının bombardiri Miroslav Kloze milli ilə bağlı gələcək planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Latsio”nun 34 yaşlı hücumçusu 2014-cü il dünya çempionatından sonra yığmada çıxışını başa vurmağı planlaşdırdığını açıqlayıb.
Kloze həmin vaxt ümumiyyətlə, karyerasını bitirəcəyini istisna etməyib: “Əgər mən sağlam və yaxşı formada olacağamsa, onda 2014-cü il dünya çempionatına getmək istəyirəm. Bundan sonra oynamağa davam edəcəyəm? Bilmirəm, hər şey mənim sağlamlığımdan asılıdır”.
Qeyd edək ki, Kloze millimizə qarşı oynadığı hər 3 matçda fərqlənərək, ümumilikdə 5 qol vurub.

0
0