Əfran İsmayılov millinin heyətindən kənarlaşdırıldı
13.08.2012 - 19:00
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov avqustun 15-də Bəhreyn yığması ilə Bakıdakı yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sağ cinah yarımmüdafiəçisi zədəli olduğu üçün millinin heyətindən çıxarılıb. Əfran yığmanın son oyunlarından bu səbəbdən kənarda qalmışdı.
Qeyd edək ki, millimiz Bəhreynlə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışındadır.
Mənbə: affa.az
Qeyd edək ki, millimiz Bəhreynlə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışındadır.
Mənbə: affa.az
0
0