Yığmanın oyunu canlı yayımda
14.08.2012 - 09:24
Yığmanın oyunu canlı yayımda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında yoldaşlıq oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək yoldaşlıq oyunu affatv.az saytı vasitəsilə azarkeşlərə nümayiş olunacaq. Görüş AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Mənbə: affa.az