Yunis Hüseynov: O, səviyyəsini yüksəltmək üçün öz üzərində çox işləməlidir
14.08.2012 - 15:15
“Orxan Sadıqlı gənc, perspektivli qapıçıdır. Ona ümidlərimiz böyükdür”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Lənkəranlılar milli komandamızın da əsas qapıçısı olan Kamran Ağayevi transferə çıxarandan sonra onu kiminlə əvəzləyəcəyi maraq doğururdu. Kamranın əvəzləyicisi Kamal Bayramov olsa da, Hüseynov təcrübəsi olmayan Orxan Sadıqlıya güvəndi.
Bununla da 2 oyuna 1 qol buraxan 21 yaşlı qapıçı həm “Xəzər Lənkəran”da, həm də Premyer Liqada debüt etdi.
Cənubluların transfer etməyə hazırlaşdıqları moldovalı Nikolay Kalançadan əsas qapıçı kimi yararlanmaları Sadıqlının yenidən ehtiyatda düşməsi ilə nəticələnəcək. Ancaq Hüseynov indidən nəticə çıxartmamağı tövsiyə edir: “Yeni qapıçının gəlişi mütləq onun oynayacağı demək deyil. Sadəcə, bizə qapıçı lazımdır və neçə vaxtdır bu mövqeyə oyunçu axtarışındayıq. Mövsüm uzundur, bunun zədəsi, sarı, qırmızı vərəqəsi, cəzası var. Buna görə də komandada 3 qapıçının olmağı lazımdır. Bizdə isə 2-si olduğundan, birini də cəlb etməyi vacib saydıq. Orxan isə səviyyəsini yüksəltmək üçün öz üzərində çox işləməlidir”.
“Xəzər Lənkəran”ın çalışdırıcısı yeni futbolçuların keçidi ilə bağlı məsələnin həllini avqustun 31-də “transfer pəncərəsi”nin bağlanmağına qədər çatdırmağa çalışacaqlarını bildirib: “Hələ 17 gün vaxtımız var. İstədiyimiz çox futbolçu olsa da, hələ ki yeni transfer etməmişik. Gözləyirik, axtarışlarımız davam edir. Maraqlandıqlarımız arasında sərbəst yaxşı, hazır futbolçu olan kimi heyətimizə cəlb edəcəyik. Bizə hər mövqeyə futbolçu lazımdır. 4-5 transfer həyata keçirməyə çalışacağıq”.
Mehman SÜLEYMANOV

0
0