“Xəzər Lənkəran” Moldova millisinin sabiq qapıçısını transfer edir
14.08.2012 - 13:36
“Xəzər Lənkəran” yollarını ayırdığı qapıçı Kamran Ağayevə əvəzləyici tapıb. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında vaxtilə Moldova yığmasının da şərəfini qorumuş Nikolay Kalançanı transfer etmək fikrində olduqlarını bildirib.
“Bildiyiniz kimi, klubumuzun həkimi Moldovadandır və həmin qapıçı ilə “Zimbru”da bir yerdə çalışıb. O, yaxşı tanıdığı qapıçıya baxmağı bizə təklif etdi. Kalançanın oyunları ilə bir neçə diskə baxdıq və sizə deyim ki, pis təsir bağışlamadı. Ona dəvət göndərmişik və bu gün düşərgəmizə gələcəyini deyib. Moldovalı gələn kimi onunla dərhal müqavilə bağlamayacağıq. Ona bir neçə məşqdə baxacağam. Bundan sonra fikrimi qətiləşdirib, keçidinə aydınlıq gətirəcəyik” – deyə, Hüseynov bildirib.
“Zimbru”nun yetirməsi olan Nikolayın 2004-cü ildən başlayan peşəkar karyerası yalnız bu kluba bağlıdır. O, 2004/05 mövsümündə Kişinyov klubunun əvəzedici heyətində (34 oyun, 28 qol), 2006-cı ildən indiyə kimi əsas komandasında (48 oyun, 26 qol) çıxış edib. 1.88 metr boya malik qapıçı “Zimbru”nun əsas heyətində tezliklə möhkəmləndikdən sonra kapitan olub. 2007-ci ildə isə azarkeşlər onu komandanın mövsümdə ən yaxşı futbolçusu, ardından ilin qapıçısı sayıblar.
Kalança 2008-ci ilin fevralında Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”a icarəyə verilib. Bu, qısa müddətli – mayın 31-ə kimi nəzərdə tutulsa da, sonradan 5 illik müqavilə imzalanmağı şərti ilə olub. Ancaq Samara təmsilçisində əsas komandasında oynamayan, əvəzedici heyətində 3 oyuna 6 top buraxan qapıçı mayın əvvəlində “Zimbru”ya qayıdaraq, indiyə kimi onun şərəfini qoruyur. Nikolay yığmasında 2007 və 2008-ci illərdə çıxış edərək, 11 oyunda 13 qol buraxıb.
Mehman SÜLEYMANOV

0
0