Deon Barton: “Qəbələ”yə çox öyrəşmişdim
14.08.2012 - 16:07
“Qəbələ”də keçirdiyim 2 il yaddaşımda xoş izlər qoyub. Bu, yaxşı təcrübə idi. Üstəlik, xeyli yaxşı insanla dost oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Deon Barton deyib.
İngiltərənin “Gillinqem” klubuna keçən yamaykalı hücumçu Böyük Britaniya mətbuatına müsahibəsində “Qəbələ”dəki günlərindən danışıb: “Qəbələ”dən təklif alanda, o qədər də çox variantım yox idi. Lakin orada 2 il çıxış etdim. Ora o qədər öyrəşmişdim ki... Təəssüf ki, “Qəbələ”də çıxış etdiyim ikinci mövsümün sonunda Avropa Liqasına vəsiqə qazana bilmədik. Belə olanda, İngiltərəyə qayıtmağa qərar verdim. Mənim üçün də orda da çox xoş idi”.
Qeyd edək ki, Barton 2010-12-ci illərdə “Qəbələ”də çıxış edib.
0
0