Berti Foqts bəyəndiyi futbolçuları açıqladı
14.08.2012 - 17:24
Berti Foqts bəyəndiyi futbolçuları açıqladı
“Gənc futbolçular öncə özlərini klublarında sübut etməlidirlər. Sözsüz ki, bir neçə ilə yeni futbolçular görəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis növbəti mövsümdə 21 yaşlı futbolçularla bağlı limitin yeni oyunçuların üzə çıxmağına xidmət edəcəyini düşünür. Almaniyalı 2 gənc futbolçunu fərqləndirməyi də lazım bilib: “Hazırda toplanışımızda Ruslan Qurbanovu cəlb etmişik. Bir də “İnter”dən “Qarabağ”ə keçən Elnur Abdulov diqqətimi çəkib. Hər ikisi bacarıqlıdır”.

Foqts əvvəllər olduğu kimi, yenə futbolçularımızın az məşq etməsindən də şikayətlənib: “Azərbaycanda futbolçular həftədə 5 saat məşq keçir. Olimpiadada isə idmançı gündə 5 saat məşq edir. Mən Olimpiya Komitəsinin yanından keçəndə, stadionda məşq edən futbolçuları görməmişəm”.