Yığmamızın məşqçisi İsrailin oyununu izləyəcək
14.08.2012 - 17:35
Azərbaycan millisinin baş məşqçisinin köməkçisi Olaf Yanssen rəqibimizin oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan İsrail yığmasının Macarıstanla qarşılaşmasına stadiondan baxacaq. Oyun sabah Budapeştdə keçiriləcək.
Xatırladaq ki, seçmə mərhələdə millimizin ilk oyununu sentyabrın 7-də, Bakıda İsrailə qarşı olacaq.
Mənbə: affa.az
Xatırladaq ki, seçmə mərhələdə millimizin ilk oyununu sentyabrın 7-də, Bakıda İsrailə qarşı olacaq.
Mənbə: affa.az
0
0