Avqustun 17-ci anı
14.08.2012 - 19:07
Avqustun 17-ci anı
Sabah Bəhreynlə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması tarixində ilk dəfə avqustun 15-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, indiyədək avqust ayında 16 görüş keçirməsinə baxmayaraq, komandamız bu tarixdə meydana çıxmayıb.

Yığmamız üçün ilin 8-ci ayı yetərincə uğurlu sayıla bilər. Belə ki, millimiz 16 qarşılaşmada cəmi 6 dəfə uduzub. Hesabında 4 qələbəsi olan futbolçularımız 6 dəfə bərabərliklə kifayətlənib. Avqustda 15 qol vuran yığmamız 20 top buraxıb.

Lakin 2007-ci ildə Tacikistanı məğlub edən komandamız sonrakı 5 ilə təsadüf edən 5 oyunda qələbə qazanmayıb. Bu görüşlərin hamısı Berti Foqtsun başçılığı dövrünə təsadüf edib. Almaniyalı avqustdakı qələbəsizliyə asiyalılarla görüşdə son qoya bilər.

Millimizin avqust ayında keçirdiyi oyunlar

14. 16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya - 0:1
24. 31 avqust 1996. Bakı. DÇ. Azərbaycan – İsveçrə - 1:0
33. 19 avqust 1997. Riqa. YO. Latviya – Azərbaycan - 0:0
42. 12 avqust 1998. Gəncə. YO. Azərbaycan – Gürcüstan - 1:0
52. 18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan - 5:1
80. 8 avqust 2002. Təbriz. YO. İran (U-23) – Azərbaycan - 2:2
81. 10 avqust 2002. Təbriz. YO. İran – Azərbaycan - 1:1
82. 21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:0
99. 18 avqust 2004. Əmman. YO. İordaniya – Azərbaycan - 1:1
112.17 avqust 2005. Tirana. YO. Albaniya – Azərbaycan - 2:1
132. 22 avqust 2007. Düşənbə. YO. Tacikistan – Azərbaycan - 2:3
142. 20 avqust 2008. Reykyavik. YO. İslandiya - Azərbaycan - 1:1
143. 27 avqust 2008. Tehran. YO. Iran - Azərbaycan - 1:0
155. 12 avqust 2009. DÇ. Bakı. Azərbaycan - Almaniya - 0:2
167. 11 avqust 2010. YO. Bakı. Azərbaycan - Küveyt - 1:1
176. 10 avqust 2011. YO. Bakı. Azərbaycan – Makedoniya - 0:1